Ucar və Göyçayda “Narkomaniya: səbəbləri və ona qarşı müarizə yolları" mövzusunda maarifləndirici tədbir keçirilib
16 may 2022, 01:30

Mayın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis Şöbəsinin (PŞ) birgə təşkilatçılığı ilə “Narkomaniya: səbəbləri və ona qarşı müarizə yolları " mövzusunda maarifləndirici tədbir keçirilib.

Ucar rayon Qazıqumlaq kənd 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə  Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Valik Vəlimətov, məktəbin direktoru Rəhim Rəhimov, Ucar RİH-nin Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon təhsil şöbəsinin məsul əməkdaşı Tağı Nağıyev, Ucar RPŞ-nin Təşkilati İnspeksiya Qrupunun rəisi Saleh Muştaqov və 7-11-ci sinif şagirdləri iştirak ediblər.

Mayın 13-də  Göyçay Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (PŞ) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə, zərərli vərdişlərə, erkən nikaha yox deyirik" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirdə  Rayon Polis şöbəsinin rəis müavini Abbas Paşa, Rayon Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Saqi Musayev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Nicat İsmayılov, Göyçay rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı Qaraş İsmayılov,  Rayon Təhsil Şöbəsinin əməkdaşı Qabil Salmanov, Rayon Polis Veteranlar Şurasının sədri Heydər Quliyev, Kollecin direktoru İrşad Abbasov, müəllim və tələbələr iştirak ediblər.

Keçirilən tədbirlərdə bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, genefondumuza vura biləcəyi zərərdən və onunla mübarizə yollarından, zərərli vərdişlərdən gəncləri çəkindirmək üçün  görülən tədbirlərdən geniş söhbət açılıb. Çıxışlarda bildirilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

Eyni zamanda tədbirlərdə dini radikalizm və ekstremizmin fəsadlarından, xurafat və cəhalət carçılarına qarşı mübarizə metodlarından, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması istiqamətində həyata keçirilən dini maarifləndirmə tədbirlərinin vacibliyindən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.