Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi
TTSİ-də “Azərbaycanda multikulturalizm” mövzusunda görüş keçirilib
08 noyabr 2016, 17:19
Noyabrın 8-də SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən “Azərbaycanda multikulturalizm” mövzusunda görüş-seminar keçirilib.
TTSİ-nin rəisi Fuad Süleymanov seminarın gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. F.Süleymanov Azərbaycanda müxtəlif millətlərə, dinlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması və inkişafı, milli mədəniyyətə inteqrasiyası haqqında məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və şöbənin baş məsləhətçisi Mahir Qəniyev çıxış edərək Azərbaycanda son dövrlər multikulturalizm sahəsində görülən işlərin ictimai əhəmiyyətindən, ölkədə dini tolerantlıq və azadlığın inkişafından, dini radikalizmin dünyada dağıdıcı rolundan danışıblar.

Sonra iştirakçıların sualları cavablandırılıb.