Aprelin 5-də Tovuz rayonunda yerləşən N saylı Hərbi hissədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Hərbi qulluqçular arasında vətənpərvərlik ruhunun yüksəldilməsində mill-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, N saylı hərbi hissənin səlahiyyətli nümayəndəsi Rauf Qənbərov, zabitlər və əsgərlər iştirak ediblər.
Çıxışlarda ordu quruculuğunun dünya standartlarına uyğun aparıldığı və hərbi qulluqçuların vətənpərvərlik ruhunun yüksəldilməsində milli-mənəvi dəyərlərimizin rolu qeyd edilib. Eyni zamanda hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması üçün hərbçilər arasında Vətənə, ailəyə, torpağa, dövlətə sevginin aşılamağının vacibliyi vurğulanıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.