Tovuzda maarifləndirmə tədbiri keçirilib
17 oktyabr 2025, 09:55

Dini Qurumlarla İş​ üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Tovuz Rayon İcra Hakimiyyətinin iştirakı ilə oktyabrın 16-da Tovuz şəhər Adil Qasımov adına tam orta məktəbində "Radikal ideologiyanın qarşısının alınmasında maarifləndirmənin rolu" mövzusunda marifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov və bölmənin məsləhətçisi Eşqin Allahverənov, İcra Hakimiyyəti başçısının müavini Təranə Bayramova, Regional Təhsil İdarəsinin sektor müdiri Aysel Quliyeva, Rayon Polis şöbəsinin əməkdaşı İlham Məmmədov, məktəb psixoloqları, müəllimlər və şagirdlər iştirak edibdilər.
Çıxış edənlər radikal ideologiyaların cəmiyyətə, xüsusilə də gənclərə vurduğu zərərdən bəhs ediblər. Bu kimi halların qarşısının alınmasında maarifləndirmənin və düzgün informasiya mühitinin yaradılmasının mühüm rolunu vurğulayıblar. O da diqqətə çatdırılıb ki, gənclərə milli-mənəvi dəyərlərin, tolerantlığın, dini dözümlülüyün aşılanması olduqca vacib hesab olunur.