Tovuzda dini radikalizm mövzusu müzakirə olunub
15 mart 2022, 06:20

Martın 15-də Tovuz rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsi, Tovuz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və ekstremizmə qarşı mübarizədə təhsilin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov, rayon Peşə Liseyinin direktor müavini Sərxan Musayev, məktəb psixoloqları, müəllimlər və rayonun aktiv gəncləri iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Vurğulanıb ki, dini radikalizmlə mübarizədə təhsil və maarifləndirmənin əhəmiyyəti böyükdür. O da bildirilib ki, yüksək təhsilli cəmiyyətlərdə dini radikalizmə meyil edən gənclərin də sayı az olur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırlıb.