Tovuz və Şəmkir rayonlarında yerləşən hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
08 aprel 2024, 08:47
Aprelin 6-da Tovuz və Şəmkir rayonlarında yerləşən N saylı hərbi hissədə “Hərbi qulluqçuların arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolu”, “Müqəddəs mənbələrdə Vətəni müdafiə məsələləri” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin imamı Elmar Rzayev, hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlarda hərbçilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsində dini dəyərlərin rolundan bəhs olunub. Eyni zamanda hərbi hissələrdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.