“Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin püşkatma mərasimi keçiriləcək
18 aprel 2014, 04:05
 Elan
 
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aparatının Akt zalında aprel ayının 23-də, saat 11:00-da dini qurumlararası “Tolerantlıq Kuboku” uğrunda ənənəvi mini futbol turnirinin 2014-cü il mövsümü üçün püşkatma mərasimi keçiriləcək.

Mərasimdə turnirin iştirakçıları olan komandaların təmsilçilərinin iştirakı zəruridir. Qeyd edək ki, turnirdə aşağıdakı dini qurumların futbol komandaları iştirak edəcək:
 
1.     Bakı ş. Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icması;
 
2.     Bakı ş. Qaradağ rayonu Səngəçal qəsəbə məscidi dini icması;
 
3.     Bakı ş. Yasamal rayonu “Xanım Zəhra” dini icması;
 
4.     Bakı ş. Xəzər rayonu Binə qəsəbəsi “İmam Rza” məscidi dini icması;
 
5.     Bakı ş. Nəsimi rayonu “Hacı Əjdərbəy” məscidi dini icması;
 
6.     Bakı ş. Qaradağ rayonu Müşfiqabad qəsəbə məscidi dini icması;
 
7.     Bakı ş. Sabunçu Pirşağı qəsəbəsi 2 saylı sovxoz “İmam Hüseyn” məscidi dini icması;
 
8.     Bakı ş. Xəzər rayonu Qala qəsəbəsi “Süleyman” məscidi dini icması;
 
9.     BDU-nun İlahiyyat fakültəsi;
 
10.  Bakı ş. Səbayıl rayonu “Həzrət Məhəmməd” məscidi dini icması;
 
11. Sumqayıt ş. “Cümə” məscidi dini icması;
 
12. Bakı ş. Binəqədi rayonu “İrfan” dini icması;
 
13.Azərbaycan Respublikasında Roma Katolik Kilsəsinin Apostol Prefekturası;
 
14.Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumu;
 
15. “Həyat Sözü” Xristian dini icması;
 
16. Avropa Yəhudilərinin Bakı dini icması.
 
Təşkilat Komitəsi