Tərtərdə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusu müzakirə edilib
10 fevral 2022, 04:15

Fevralın 9-da Tərtər rayonu Qarağacı kənd tam orta məktəbində “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, rayon Polis Şöbəsinin nümayəndələri Ceyhun Əliyev, Elşən Cəfərov, Təhsil Şöbəsinin əməkdaşı Mahir Qurbanov, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Natiqlər mövzunun aktuallığından danışıblar. Vurğulanıb ki, dini radikalizm və onun fəsadlarına qarşı mübarizədə təhsil və maarifləndirmə mühüm rol oynayır. Bildirilib ki, milli-mənəvi dəyərlərimiz ruhunda böyüyən və təhsil alan məktəblilər həmişə dini radikalizmdən uzaq olar.

Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.