Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər şəhəri 6 saylı tam orta məktəbdə “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rəqsanə Məmmədli, Rəvan Həsənov, Pərişan Orucova, rayonun “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən bəhs olunub, qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyətləri izah edilib. Bildirilib ki, bir çox ailələrdə erkən nikahlar və bununla bağlı müxtəlif səbəblərdən qızların təhsildən yayınması halları baş verir. O da vurğulanıb ki, bu cür maaarifləndirmə tədbirlərinin keçirilməsi təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində müsbət rol oynayır.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.