Oktyabrın 25-də Tərtər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmin fəsadları və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi Pərviz Eyvazov, İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini radikalizmin fəsadlarından bəhs olunub, bu istiqamətdə mübarizə tədbirlərinin vacibliyi qeyd edilib. Natiqlər dini ekstremizmin yaranma səbəbləri, yayılma metodları və onunla mübarizə üsulları barədə də tədbir iştrakçılarını məlumatlandırıb. Eyni zamanda dini radikalizmin cəmiyyət üçün böyük təhlükə olduğunu vurğulayıblar.