Tərtər rayonundakı N saylı hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib
13 iyul 2022, 02:02

İyulun 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə Tərtər rayonunda “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidinin imam müavini Saleh Ədilov, hərbi hissənin İdeoloji iş və mənəvi psixoloji təminat üzrə bölmə rəisi Kamil Batıyev və şəxsi heyət iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb. 

Sonda hərbçiləri maraqlandıran suallar cavablandırılıb.