Təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirilib
30 oktyabr 2023, 07:23

Bakıda və regionlarda maarifləndirmə tədbirləri davam etdirilir.

 

Naftalan:  şəhər Uşaq-Gənclər İdman məktəbində “Uşaqların təhsildən yayındırılmasına qarşı mübarizədə dini icmaların rolu” mövzusunda baş tutan tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamal Ələkbərov, müəllimlər, eləcə də ictimaiyyət nümayəndələri qatılıblar.

***

Bakı: Xətai rayonundakı 264 nömrəli məktəb-liseydə “Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin hamisidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

***

Şəmkir: rayondakı Peşə liseyində isə “Erkən nikah: hüquqi və mənəvi müstəvidə" mövzusu müzakirə edillib.  Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əliyev, Rayon Polis Şöbəsinin əməkdaşı Xəyal Musayev, müəllimlər və tələbələr iştirak ediblər.

 

Çıxışlarda mövzuların əhəmiyyətindən bəhs olunub. Ölkə rəhbərliyinin milli-mənəvi dəyərlərimizin təbliği sahəsinə verdiyi diqqət və qayğıdan bəhs olunub. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsində dini icmaların rolu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.