Tbilisidə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib
17 mart 2025, 09:45
Gürcüstanda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 17-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsini dərin ehtiramla anıblar.