Taxtakörpü qəsəbəsində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
13 iyul 2016, 02:01
İyulun 12-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda Taxtakörpü qəsəbəsində tədbir keçirilib.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, Laçın rayon Təhsil şöbəsinin baş məsləhətçisi Şamo Qasımov, Laçın rayon Qarakeçdi kəndinin icra nümayəndəsi Əli Həsənquliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Cavid Məlikzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə açaraq, 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamının  əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verdikdən sonra "Multikulturalizmin Azərbaycan modeli" mövzusunda geniş məruzəsi ilə çıxışına davam edib.
Eyni zamanda, mövzu ətrafında Laçın rayon Qarakeçdi kəndinin icra nümayəndəsi Əli Həsənquliyev, Laçın rayon Təhsil şöbəsinin baş məsləhətçisi Şamo Qasımov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov geniş məruzə ilə çıxış ediblər.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.