Taxtakörpü qəsəbəsində “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib
29 aprel 2022, 08:04

Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Laçın Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Taxtakörpü qəsəbə 552 saylı tam orta məktəbdə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda seminar  keçirilib.

Tədbirdə DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Şahbazov, Taxtakörpü qəsəbə 552 saylı tam orta məktəbin direktoru Şəbnəm Uğurlu, eləcə də rayon gəncləri iştirak ediblər.

Tədbirdə məişət zorakılığı və onun növlərindən  bəhs olunub. Çıxış edənlər qeyd ediblər ki, bu istiqamətdə aparılan maarifləndirmə işlərində Azərbaycan  Respublikasının Konstitusiyası, respublikamızın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlara istinad etmək lazımdır.

Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.