Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə “Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy və RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndələri, din xadimləri, eyni zamanda müəllimlər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin zənginləşməsi istiqamətində önəmli addımlar atıb, bu sahədə yeni mərhələnin əsasını qoyub. Bu təməl üzərində Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı göstərilir. Bildirilib ki, hazırda dövlət siyasətinin prioritet istiqamətlərindən birini də milli-mənəvi dəyərlərə və tarixi-mədəni irsə bağlılığın möhkəmlənməsi, adət-ənənələrin qorunması, mədəni-tarixi abidələrin mühafizəsi, mənəvi irsin öyrənilməsi təşkil edir. Həmçinin milli-mənəvi dəyərlərin ictimai şüurun formalaşmasında və həmrəyliyin təmin olunmasında mühüm rol oynadığı da vurğulanıb.
Tədbir müzakirələrlə davam edib.