Suraxanı qəsəbəsi "Heydər" məscidi
16 aprel 2015, 06:10
Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi
1999-cu ildə inşa edilmiş qəsəbə məscidinə burada ibadət edənlərin arzusu ilə Ulu Öndər Heydər Əliyevin adı verilmişdir. Məscid sırf Bakı-Abşeron memarlığı üslubunda tikilmişdir. 25 metr hündürlüyündə tək minarəsi vardır. Ümumi sahəsi 400 kvadratmetrdir. Məscidin ibadət zalında eyni vaxtda 200 nəfərin namaz qılması üçün bütün zəruri şərait var.