Martın 12-də Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Radikal ideologiyalara qarşı dini-mənəvi immunitetin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin aparıcı məsləhətçisi Təbib Məmmədov, Ceyranbatan yaşayış massivi “Ceyhun xanım və Hacı Əhməd” məscidinin imamı Ziyad Hüseynov, eləcə də şəxsi heyət iştirak edib.
Öncə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib.
Çıxışlarda insanları radikal dini qrupların təsirindən kənar saxlamaq üçün İslam dinini düzgün şəkildə, olduğu kimi təbliğ etməyin əhəmiyyəti vurğulanıb. Azərbaycan Respublikası ərazisində tarixən formalaşmış dini dəyərlərin hər zaman radikalizmlə əks qütbdə dayandığı, radikal ünsürlərə qarşı mübarizədə ciddi əhəmiyyətə malik olduğu bildirilib.