Sumqayıtda “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq” mövzusu müzakirə olunub
18 mart 2024, 04:11

Martın 18-də Sumqayıt şəhəri Sənaye və Yüksək Texnologiya üzrə peşə təhsil məktəbində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq” mövzusunda tədbir keçirilib.
Tədbirdə Şəhər Polis İdarəsinin əməkdaşı Azər Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, şöbənin əməkdaşı Xalid Paşayev, Abşeron - Xızı Regional Gənclər və İdman idarəsinin əməkdaşı Ceyhun Hüseynov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Çıxışlarda radikalizmə və ekstremizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri günün ümdə vəzifələrindəndir. 

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.