Sentyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Sumqayıt şəhər Cümə məscidinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərimizin ölməz ruhlarına dualar oxunub.
Ziyarətdə Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Yalçın Abdullayev, şöbənin əməkdaşı Ülvi Məmmədov, Sumqayıt Cümə məscidinin imamı Rauf Sərdarov, bölgədə fəaliyyət göstərən məscidlərin imamları, “Molokan” xristian ruhani dini icması, “Alov” xristian dini icması, Sumqayıt yəhudiləri dini icması, “Baptist” xristian dini icmasının nümayəndələri iştirak ediblər.
Həmçinin Sumqayıt şəhərində sentyabrın 27-də bütün konfessiyaların nümayəndələrinin iştiraki ilə azərbaycançılıq ideologiyası mövzusunda anım tədbiri keçirilib.