Noyabrın 30-da bölgələrdə maariflənirmə tədbirləri keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Musiqi Kollecində dini radikalizm mövzusu müzakirə olunub.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Rüfət Mahmudov, Sumqayıt Şəhər Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Azər Bağırov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları barədə ətraflı məlumat verilib. Ölkəmizdə dini ektremizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər E. Babayev adına 4 saylı tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda baş tutan tədbirdə isə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclərin Kariyera və İnkişaf Mərkəzinin direktoru Elmir Həşimli, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin mövcudluğundan danışılıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.