Azərbaycanın bölgələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Sumqayıt şəhəri Şah İsmayıl Xətai adına 30 saylı tam orta məktəbində “Milli - dini dəyərlərimiz və gənclər” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin əməkdaşları Ülvi Məmmədov, Təbib Məmmədov, Şəhər Baş Polis İdarəsi, Abşeron-Xızı Regional Təhsil, Gənclər və İdman İdarələrinin nümayəndələri - Azər Bağırov, Həsən Həsənli, Reyhanə Rüstəmova, müəllimlər, eləcə də şagirdlər iştirak ediblər.
Lerik rayonunun Mastail kənd tam orta məktəbində isə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə edilib. Qeyd olunan tədbirə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Ağaəli Həsənov, müəllimlər və şagirdlər qatılıblar.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan tolerantlıq mühitindən danışılıb. Məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.