Sumqayıtda Ramazan ayının başlaması ilə bağlı qarşıdan duran vəzifələr müzakirə olunub
31 mart 2022, 09:10
Martın 31-də Sumqayıt şəhərində Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlar zamanı dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi vurğulanıb. Eyni zamanda, Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini icmalar sədrlərinə və din xadimlərinə tapşırıq və tövsiyələr verilib. Ramazan ayı ilə əlaqədar tədbirlərin QMİ-nin fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.