Sumqayıtda maarifləndirmə tədbiri keçirilib
21 iyul 2023, 06:26

İyulun 21-də Sumqayıt şəhərində yerləşən Hərbi Polis bölməsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə  “Dini radikalizm, zərərli vərdişlər və intihara aparan yollar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Sumqayıt Cümə məscidinin imamı Gülağa İsmayılov, Hərbi Polis bölməsinin zabiti Qasım Hacıyev və şəxsi heyət iştirak edib.

Narkomaniya, intihar, eləcə də zərərli vərdişlər barədə çıxışlar edilib, həmçinin dini radializmin fəsadları ilə bağlı məlumat verilib. O da vurğulanıb ki, ölkəmizdə zərərli vərdişlərə və dini radikalizmə qarşı mübarizə məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.