Sumqayıtda maarifləndirmə tədbiri keçirilib
16 oktyabr 2023, 07:11

Oktyabrın 16-da Sumqayıt Şəhər Baş Polis İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri 24 saylı tam orta məktəbdə “Dini radikalizmin fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Baş Polis İdarəsinin əməkdaşı Azər Bağırov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər dini radikalizmin mahiyyəti barədə məlumat veriblər. Ölkəmizdə dini ekstremizə qarşı həyata keçirilən mübarizə tədbirlərindən bəhs ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.