Sumqayıtda dini radikalizm mövzusu müzakirə olunub
13 noyabr 2023, 07:46
Noyabrın 13-də Sumqayıt şəhəri 41 saylı tam orta məktəbində “Gənclərin dini radikalizm və zərərli vərdişlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Şəhər Baş Polis İdarəsinin əməkdaşı Azər Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Ülvi Məmmədov, Təbib Məmmədov, Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Həsən Həsənli, Regional Təhsil İdarəsinin nümayəndəsi Oqtay Quliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edən natiqlər dini radikalizm və zərərli vərdişlərin mənfi təsirlərləri barədə danışıblar. Bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunub.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.