Sumqayıtda dini ayin icraçısı olmaq istəyən qadın namizədlərlə görüş keçirilib
06 iyun 2022, 09:04

İyunun 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ülkər Mövsümlünün iştirakı ilə Sumqayıt şəhər Cümə məscidində dini ayin icraçısı olmaq istəyən qadın namizədlərlə görüş keçirilib. Görüş zamanı Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda edilən son dəyişikliklərdən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydalarından bəhs edilib, dini ayin icraçısı qadınların sualları cavablandırılıb.