Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirmə tədbirləri keçirilib.
Dekabrın 29-da Sumqayıt şəhərində İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeleyindəki Peşə Təhsili Mərkəzində "Dini radikalizmə və zərərli vərdişlərə qarşı mübarizə" mövzusunda baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin əməkdaşı Xalid Paşayev, mərkəzin direktoru Anar Nəcəfov, Şəhər Polis İdarəsinin əməkdaşı Azər Bağırov, müəllim və tələbələr iştirak ediblər.
Daha bir tədbir isə Tovuz rayonundakı peşə liseyində keçirilib. "Dini radikalizmə və erkən nikaha "yox" deyək!" mövzusunun müzakirəsinə Dövlət Komitəsinin bölgə şöbəsinin müdiri Pərvin Zeynalov, Polis Şöbəsi, Gənclər və İdman sektorunun əməkdaşları, müəllim və tələbələr qatılıblar.
Çıxışlarda dini radikalizm, erkən nikah və zərərli vərdişlərə qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərindən danışılıb. Bu istiqamətdə maarifləndirmə işlərinin zəruriliyi diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.