Sumqayıt və Gəncə məktəblərində maarifləndirmə tədbirləri keçirilib
29 may 2024, 07:01

Respublikamızın bölgələrində keçirilən maarifləndirmə tədbirləri davam etdirilir.

Mayın 29-da Sumqayıt şəhəri 27 saylı tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbəsinin müdir müavini Ülvi Məmmədov, məktəbin direktoru Valid Mustafayev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

***

Daha bir tədbir mayın 29-da Gəncə şəhər 31 nömrəli tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda baş tutub.  Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, məktəblilər iştirak ediblər.

Çıxışlarda uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu cür tədbirlərin təhsil müəssisələrində mütəmadi keçirilməsinin zəruriliyi vurğulanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.