İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi və Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə “Mənəvi dəyərlərimiz intihara yox deyir!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Ceyranbatan qəsəbəsi Cümə məscidinin imamı Ziyad Hüseynov, hərbi hissənin nümayəndəsi Qasım Hacıyev və şəxsi heyət iştirak edib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda tarixən formalaşmış xalqımıza məxsus milli-mənəvi dəyərlər sisteminin zənginliyindən və bu dəyərlərin insan həyatına verdiyi əhəmiyyətdən danışılıb.
Qeyd edilib ki, dinimiz də yalnız şəhidlik zirvəsinə ucalmaq üçün candan keçməyi buyurur.
Sonda iştirakçıların sualları cavablandırılıb.