Sumqayıt şəhərində "Həyat sözü - 2" protestant xristian dini icması tərəfindən Milad bayramı ilə əlaqədar tədbiri keçirilib
25 dekabr 2023, 02:11
Sumqayıt şəhərində yerləşən "Həyat sözü - 2" protestant xristian dini icması tərəfindən Milad bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Ülvi Məmmədov, Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, icmanın sədri Elçin Paşayev və icma üzvləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə yaşayan dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsindən, respublikamızın nümunəvi tolerantlıq modelini formalaşdırmasından bəhs olunub. Eyni zamanda ölkə rəhbərliyinin dini konfessiyalara diqqət və qayğısından danışılıb.