Bölgələrdə müxtəlif mövzulara həsr olunmuş tədbirlər keçirilib.
Sumqayıt şəhəri Polad Həşimov adına 28 saylı tam orta məktəbində “Gənclərin yad, zərərli dini təsirlərdən qorunması” mövzusunda baş tutan tədbirdə Şəhər Baş Polis İdarəsinin əməkdaşı Azər Bağırov, Dini Qurumlarla İş Dövlət Komitəsinin (DQİDK) bölgə üzrə şöbəsinin əməkdaşları Ülvi Məmmədov, Təbib Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
***
Ağdaş Rayon Peşə Məktəbində isə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi-psixoloji aspektləri” mövzusu müzakirə olunub. Tədbir DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, müəllim, tələbə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə baş tutub.
***
Samux rayonu Eltun İsgəndərov adına Əhmədbəyli kənd tam orta məktəbində “Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Rövşən Hacıyev, Rayon Polis Şöbəsinin məsul əməkdaşı Arzu Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda mövzuların əhəmiyyətindən danışılıb, bu cür maarifləndirmə tədbirlərin önəmi vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.