Siyəzəndə “Vətənpərvərlik-müstəqil dövlətimizin əsas sərvətidir” mövzusunda tədbir keçirilib
13 oktyabr 2023, 09:00

Oktyabrın 13-də Siyəzən rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Vətənpərvərlik-müstəqil dövlətimizin əsas sərvətidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Gilgilçay stansiya tam orta məktəbin direktoru Şahin Səfərov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan xalqı öz müstəqilliyini, ərazi bütövlüyünü təmin etməkdən ötrü çətin və şərəfli yol keçərək vətənpərlik nümunəsi yaradıb. Qeyd olunub ki, müstəqil dövlətimizin möhkəmləndirilməsi üçün gənc nəslin  mənəvi cəhətdən sağlam böyüməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır.

Sonda tədbir diskussiya şəklində davam etdirilərək, iştirakçılar mövzu ilə əlaqədar öz fikirlərini bildiriblər.