Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Gündüz Səmədli, Siyəzən Rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Qumru Məmmədova, Gənclər və İdman İdarəsinin əməkdaşı Nuran Nurullayev, Qarabağ müharibəsi qaziləri, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, şəhidlərimizin və qazilərimizin canları bahasına qazandığı azadlığımızı, ərazi bütövlüyümüzü qorumaq hər birimizin Vətən qarşısındakı müqəddəs borcudur. Qeyd olunub ki, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün gənc nəslin mənəvi cəhətdən sağlam böyüməsi və vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır.
Sonda tədbir iştirakçıları mövzu ilə əlaqədar öz fikirlərini bildiriblər.