Siyəzəndə “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusu müzakirə olunub
25 iyun 2025, 08:41

İyunun 25-də Siyəzən rayonunda “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib. 

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Balabəy Balabəyov, Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən şəhər “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ölkəmizin multikultural və tolerant dəyərlər üzərində formalaşmış dini mühitinin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş təhdidlərə qarşı vacib sipər olduğunu xüsusi vurğulayıblar. Bildirilib ki, radikalizmə və dini ekstremizmə qarşı mübarizədə maarifləndirici tədbirlərin keçirilməsi və dini icmalarla əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır.

Tədbir müzakirələrlə davam etdirilib.