Siyəzəndə mənəvi dəyərlər mövzusu müzakirə edilib
05 aprel 2023, 07:55

Aprelin 5-də Siyəzən şəhər M. Müşviq adına 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Təhsil Sektorunun nümayəndəsi Xalidşah Qədəşov, müəllimlər, şagirdlər və gənclər iştirak ediblər. 

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunub. Uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.