İyulun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və Siyəzən şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən şəhər “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, din xadimləri və dini icma üzvləri iştirak ediblər.
Çıxışlarda respublikamızda mövcud olan tolerant və multikultural şəraitdən bəhs olunub. Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.