Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dövlət rəmzləri müstəqilliyimizin əsası kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, rayonun Peşə məktəbinin müəllim və şagirdləri, gənclər iştirak ediblər.
Çıxışlarda dövlət rəmzlərinin təbliğinin daima diqqətdə saxlanılmasının gənclərin vətənpərvər ruhda tərbiyə olunması üçün çox əhəmiyyətli olduğu vurğulanıb. Bildirilib ki, müstəqil dövlətimizin əsası olan rəmzlərimiz, xalqımızın milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi və sarsılmaz qüdrətimizi bir daha bütün dünyada nümayiş etdirir.
Sonda tədbir iştirakçıları Siyəzən rayon Gənclər mərkəzindəki “Dövlətçilik muzeyi”ndə Azərbaycanın dövlətçilik tarixinin ayrı-ayrı dövrlərini əks etdirən bayraqlara və eksponatlara baxıblar.