Dekabrın 15-də Siyəzən rayonunda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” adlı seminar təşkil olunub.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Balabəy Balabəyov, rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Siyəzən şəhəri “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev və gənclər iştirak ediblər.
Tədbirdə mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, dünyanın bir çox ölkələrində dini, siyasi qarşıdurmaların və iğtişaşların hökm sürdüyü zamanda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizdə tolerantlıq yüksək səviyyədədir. Vurğulanıb ki, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük və humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
Dini radikalizmlə qarşı mübarizədə maarifləndirmə işlərinin həyata keçirilməsinin zəruriliyi də qeyd edilib.