Siyəzəndə “Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir” mövzusu müzakirə olunub
19 fevral 2024, 07:15
Fevralın 19-da Siyəzən şəhər Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir” mövzusunda seminar keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Nuran Nurullayev, eləcə də gənclər iştirak ediblər.
Çıxışlarda dini radikalizmin fəsadlarından danışılıb. Eyni zamanda dini ekstremizmin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlər barədə ətraflı məlumat verilib.
Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Fitnə” filmi nümayiş etdirilib.