Mayın 29-da Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şirvan şəhəri 10 nömrəli tam orta məktəbində "Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rafael Nəsirov, şəhər Polis şöbəsinin əməkdaşı Səbuhi Əbilov, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
***
Mayın 29-da Balakən rayonu Hənifə kənd tam orta məktəbində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və fəsadları” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elməddin Atakişiyev, Rayon İcra Hakimiyyətinin əməkdaşı Aynur Omarova, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Radikal dini təsirlərdən qorunmaq istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Azərbaycan xalqının zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.