Aprel ayının 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi və “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib.
Tədbirdə DQİDK əməkdaşı Zamin Əsədov, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, təhsil işçiləri və gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda dini radikalizmin gənc nəslə verdiyi zərərlərdən bəhs edilib. Dini radikalizmə qarşı mübarizədə təhsilin, maarifləndirmənin önəmi vurğulanıb. Tədbirdə DQİDK-nın sifarişi ilə ərsəyə gətirilən “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.