Şimal-qərb bölgəsinin din xadimləri Ramazan ayında qarşıda duran vəzifələri müzakirə ediblər
11 mart 2024, 03:27
Martın 9-da şimal-qərb bölgəsinin din xadimləri və dini icma sədrlərinin iştirakı ilə Ramazan ayında qarşıda duran vəzifələrə dair tədbir keçirilib. Tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala və Balakən Rayon İcra Hakimiyyətlərinin nümayəndələri Ramin Həsənov və Fariz Nəcəfzadə, QMİ-nin qazıları Malik Bilalov və İbrahim İbrahimov, Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov qatılıblar.
Çıxışlarda Ramazan ayında din xadimlərinin fəaliyyətlərini daha da gücləndirməli olmaları diqqətə çatdırılıb. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilərək dərc edilən Ramazan ayı təqviminə əməl edilməsinin vacibliyi vurğulanıb.