Şimal bölgəsində dini konfessiyalar tərəfindən Anım Günü qeyd edilib
27 sentyabr 2024, 08:53

Sentyabrın 27-si Azərbaycanda Anım Günü qeyd edilir. Bu gün münasibətilə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Anım Günü ilə əlaqədar Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında da şəhidlərin xatirəsi böyük etiramla anılıb. Mərasimlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölməsinin əməkdaşları, din xadimləri və dini icma sədrləri iştirak ediblər. 

Şimal bölgəsində yerləşən Şəhidlər xiyabanları ziyarət olunub, məscid, kilsə və sinaqoqlarda şəhidlərimizin ruhlarına dualar oxunub.