Şəmkirdə yerləşən hərbi hissədə maarifləndirmə tədbirləri keçirilib
12 mart 2025, 09:14

Martın 12-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsinin təşkilatçılığı ilə Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissədə “Quran” hədis və digər müqəddəs mənbələrdə Vətəni müdafiə məsələləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir şəhər “Cümə” məscidinin İmamı Elmar Rzayev, hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi kapitan Tariyel Süleymanov və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.

Çıxışlarda vətənpərvərlik ruhunun yüksəldilməsində mənəvi və dini dəyərlərin rolundan bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatmasını təmin edən mühüm amillərdən biri də məhz gənclər arasında vətənpərvərlik ruhunun aşılanması ilə bağlı uğurlu işin aparılmasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.