Sentyabrın 25-də Şəmkir şəhəri Füzuli adına tam orta məktəb-liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yeniyetmə və gəncləri radikalizmdən qoruyaq!" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, əməkdaşı Vüqar Əliyev, İcra Hakimiyyətinin əməkdaşı Ruhid Hacıyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda dini radikalizm və ekstremizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğu diqqətə çatdırılıb. Radikalizmlə mübarizədə xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin fəal təbliğ edilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, yeniyetmə və gənclərin dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilmələri olduqca vacibdir.
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.