Şəmkirdə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
12 fevral 2025, 07:33

Fevralın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Söhrab Rüstəmov adına Sabirkənd kənd tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Rayon Polis Şöbəsinin əməkdaşı  Amil Əhmədov, müəllimlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər barədə ətraflı məlumat verilib. Gənclər və yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsində ailənin, təhsilin və cəmiyyətin danılmaz rolu olduğu vurğulanıb.

Tədbir diskussiya şəkilində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.