Fevralın 27-də Şəmkir rayon Zəyəm qəsəbə Ə.Cəmilov adına tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsi və Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin əməkdaşı Vüqar Əliyev, Şəmkir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Rayon Polis Şöbəsinin əməkdaşı Ömər Bayramov, müəllimlər və məktəblilər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Ailə dəyərlərimizin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Sonda tədbir iştrakçıarının sualları cavablandırılıb.