Şəmkirdə hərbi hissədə maarifləndirmə tədbiri keçirilib
20 iyul 2023, 07:00
İyulun 19-da Sərhəd Qoşunlarının Şəmkir rayonunda yerləşən hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Tovuz bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “İntihar: mənəvi və ictimai müstəvidə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdir vəzifəsini icra edən Pərvin Zeynalov, şöbənin aparıcı məsləhətçisi Vüqar Əliyev, Şəmkir şəhər Cümə məscidinin imamı Natiq Şıxəliyev, hərbi hissənin nümayəndəsi Tofik Yusifov və şəxsi heyət iştirak edib.
Tədbirdə çıxış edənlər bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb, intihara cəhdin qarşısının alınmasında profilaktik, preventiv və s. maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin xüsusi önəm kəsb etdiyini bildiriblər.