Şəmkirdə "Dinin siyasiləşdirilməsi: milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusu müzakirə olunub
21 oktyabr 2022, 08:53

Oktyabrın 21-də Şəmkir rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsi, Şəmkir Rayon İcra Hakimiyyəti və  Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Dinin siyasiləşdirilməsi: milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusunda seminar keçirilib.

Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin Şəmkir rayon şöbəsinin rəis müavini İsmayıl Məmmədov, Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ruhid Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şəmkir rayon şöbəsinin rəis müavini İsmayıl Məmmədov, rayon Polis Şöbəsinin əməkdaşı Xəyal Qurbanov, müəllimlər və gənclər iştirak ediblər.

Çıxışlarda mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdiddir. Natiqlər, eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizədə maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.